Dunya xəbərləri

Yunanıstanda ardıcıl dörd zəlzələ baş verib - YENİLƏNİB

07:30 02-01-2018

Yunanıstanda ardıcıl dörd zəlzələ baş verib - YENİLƏNİB

Yunanıstanın şimalında, Makedoniya ilə sərhəddə 3,6 bal gücündə baş verib.

 

APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yerli vaxtı ilə saat 04:09-də qeydə alınan yeraltı təkanların episentri Drosaton yaşayış məntəqəsindən 7 km şimal-şərqdə, Makedoniyanın paytaxtı Skopyedən 145 km cənub-şərqdə yerləşib.

 

Bundan əvvəl yanvarın 2-ə keçən gecə eyni ərazidə 4,1, 3,5 və 3,0 bal gücündə üç zəlzələ qeydə alınıb.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

***

 

02:30

 

Yunanıstanda 4,1 bal gücündə zəlzələ baş verib.

 

APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri Drosaton yaşayış məntəqəsindən 7 km şimal-şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.



© APA 2018