Dunya xəbərləri

Zəlzələ və sunami nəticəsində Qrenlandiyada 4 nəfər itkin düşüb

18:38 18-06-2017

Zəlzələ və sunami nəticəsində Qrenlandiyada 4 nəfər itkin düşüb

İyunun 17-də axşam Qrenlandiyanın qərb sahillərində baş verən zəlzələ və sunami nəticəsində ən azı 4 nəfər itkin düşüb.

 

APA-nın məlumatına görə bu barədə Qrenlandiya Radiosu məlumat yayıb.

 

Eyni zamanda 2 nəfər ciddi, 7 nəfər yüngül xəsarət alıb. Təbii fəlakət 101 nəfərin yaşadığı Nuuqaatsiak qəsəbəsinə daha çox ziyan vurub. Yerli hakimiyyət qəsəbədən 78 nəfəri evakuasiya edib.

 

Qeyd edək ki, dünən Nuuqaatsiak qəsəbəsindən 30 km şimalda 4 maqnitudalı zəlzələ baş verib. Qəsəbədə 11 evə ciddi ziyan dəyib. İllorsuit və Uummannak rayonlarında da zəlzələ və sunami ziyan vurub. 



© APA 2017