Dunya xəbərləri

Dağıstan müftisinin yoldaşı Rusiya prezidentliyinə namizədliyini irəli sürüb

23:56 30-12-2017

Dağıstan müftisinin yoldaşı Rusiya prezidentliyinə namizədliyini irəli sürüb

542 nəfərdən ibarət təşəbbüs qrupu Dağıstan müftisinin həyat yoldaşı, “İslam” jurnalının baş redaktoru 46 yaşlı Ayna Həmzətova Rusiya prezidenti vəzifəsinə namizədliyini irəli sürüb  

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə  Ayna Həmzətovanın mətbuat katibi Hurizadə Kamalova bildirib.

 

Həkim, idmançı, elm və mədəniyyət sahələrinin nümayəndələrindən ibarət təşəbbüs qrupunun iclası bu gün Mahaçqalada keçirilib.    

 

Qeydiyyat üçün lazımi sənədlərin yanvarın 5-dək MSK-ya təqdim ediləcəyi bildirilir.  



© APA 2018