Dunya xəbərləri

Ermənistanda hərbçilər qəzaya düşüb

12:16 07-12-2017

Ermənistanda hərbçilər qəzaya düşüb

Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya düşüb.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Vanadzor-Dilican avtomobil yolunda baş verib.

 

“Ford” markalı avtomobil hərəkətdə olarkən elektrik dirəyinə çırpılıb, daha sonra kənd evlərindən birinə dəyib. Avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Onların hər ikisi hərbçidir.

 

Yaralılar Vanadzorda hərbi hospitala yerləşdiriliblər.

 

Sürücünün vəziyyəti orta ağır, sərnişin vəziyyəti ağır qiymətləndirilir. 



© APA 2017