Dunya xəbərləri

Gürcüstan parlamenti ölkənin təcili şəkildə NATO-ya üzv olması ilə bağlı Deklarasiya qəbul edib

14:06 13-03-2007

Gürcüstan parlamenti ölkənin təcili şəkildə NATO-ya üzv olması ilə bağlı Deklarasiya qəbul edib

Gürcüstan parlamenti yekdilliklə ölkənin təcili şəkildə NATO-ya tamhüquqlu üzv qəbul olunması ilə bağlı Deklarasiya qəbul edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Deklarasiyaya siyasi qüvvələrin Memorandumu da əlavə olunub. Memoranduma parlamentdə təmsil olunan bütün fraksiyaların və siyasi partiyaların liderləri imza atıblar. Bu münasibətlə keçirilən təntənəli mərasimdə çıxış edən parlament sədri Nino Burcanadze Deklarasiyanı ölkənin siyasi spektrinin vahid mövqeyini ifadə edən vacib sənəd adlandırıb: “Gürcüstan bütün regiona sülh və sabitlik gətirəcək təşkilata mümkün qədər tez daxil olmaq üçün hər şeyi edəcək. NATO-ya üzvlük bütün gürcü xalqı üçün prioritetdir. Gürcüstanın ərazi bütövlüyünün bərpasına və suverenliyinin müdafiəsinə olan ümidlər bu təşkilatla bağlıdır”. /APA/


© APA 2018