Dunya xəbərləri

Gürcüstanın Sadaxlı kəndinin həbs olunmuş 8 sakinindən ikisi azadlığa buraxılacaq

19:56 12-03-2007

Gürcüstanın Sadaxlı kəndinin həbs olunmuş 8 sakinindən ikisi azadlığa buraxılacaq

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Sadaxlı kəndinin bir neçə gün əvvəl baş vermiş münaqişə ilə bağlı həbs edilmiş səkkiz sakinindən ikisi azadlığa buraxılacaq. Bu barədə APA-ya kəndin icra nümayəndəsi Əflatun Vəliyev məlumat verib. İcra nümayəndəsi azadlığa buraxılacaq kəndlilərin birinin üç min, digərinin isə 4 min lari məbləğində cərimə ödəyərək azadlığa buraxılacaqlarını deyib: “Onların hazırda bu pulu nəğd ödəmək imkanları olmadığı üçün evlərini girov qoymaq məcburiyyətindədirlər”. Ə.Vəliyev həbs edilən səkkiz nəfərin bəzilərinin günahsız olduğunu deyib. Onun sözlərinə görə, həbs edilən kənd sakinləri Şahgəldiyar Beydiyev, E. Mahmudov, Zakir Fərruxov, Elçin Beydiyev, Eldar Beydiyev, Ayvaz Beydiyev və daha iki nəfər Sadaxlı sakinidir.
Qeyd edək ki, bir neçə gün əvvəl Sadaxlı kəndində meşə təsərrüfatı gözətçiləri ilə Sadaxlı kənd sakini Rizvan Beydiyev arasında yaranmış mübahisə nəticəsində soydaşımız güllələnib. Hadisənin araşdırılması ilə bağlı dindirilmə aparılması üçün Sadaxlı kəndinin 8 sakini istintaqa dəvət edilib və oradaca həbs edilib. /APA/


© APA 2018