Dunya xəbərləri

İŞİD Peterburqdakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

01:03 30-12-2017

İŞİD Peterburqdakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib. Bununla belə terrorçuların yaydığı açıqlamada heç bir dəlil-sübut gətirilmir.  

 

Dekabrın 27-də Sankt-Peterburqda mağazada partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər yaralanıb. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib.

 

Ötən gün Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb.



© APA 2018