Dunya xəbərləri

Kreml: Suriya probleminin həllində əsas meydança Cenevrə prosesidir

17:54 07-12-2017

Kreml: Suriya probleminin həllində əsas meydança Cenevrə prosesidir

"Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada əməliyyatlarının başa çatması ilə bağlı qərarı ölkə başçısı Vladimir Putin qəbul edəcək".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib. O deyib ki, Suriyada Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatlarının başa çatması haqqında qərarı ancaq Putin qəbul edə bilər: "O, bu haqda qərar qəbul edən zaman məlumat verəcəyik. Prezident dünən də bu haqda danışdı. O, Suriya münaqişəsinin siyasi yolla həllinin vacibliyini vurğuladı".
 
Kreml sözçüsü Cenevrə prosesinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı əsas meydança olduğunu, Astana və Soçinin isə Cenevrə prosesinin nəticələrinin təmin edilməsində müsbət rol oynadığını söyləyib.
 
Qeyd edək ki, V. Putin Suriyada İŞİD-in tamamilə məhv edildiyini bəyan edib.



© APA 2017