Dunya xəbərləri

Lavrov Rusiya ilə Qərb ölkələrinin münasibətlərini pozan qüvvədən danışıb

16:15 13-02-2018

Lavrov Rusiya ilə Qərb ölkələrinin münasibətlərini pozan qüvvədən danışıb

“Qərb ölkələrində Rusiya ilə münasibətlərin qurulmasına mane olan aqressiv azlıq var”.
 

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransı zamanı deyib.
  

"Biz iqtisadiyyatımızla məşğul oluruq, bu cür hadisələrdən asılı olmamaq üçün imkanlarımızı inkişaf etdiririk, çünki Qərb düşərgəsində Rusiya ilə münasibətləri normallaşdırmağa imkan verməyən kiçik, lakin aqressiv azlıq var", - deyə o qeyd edib. 
 

Qeyd edək ki, Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər Ukrayna və Krım məsələsinə görə pisləşib. Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Moskva da buna cavab olaraq addımlar atıb. 



© APA 2018