Dunya xəbərləri

MDB-də sədrlik Rusiyadan Tacikistana keçib

10:09 01-01-2018

MDB-də sədrlik Rusiyadan Tacikistana keçib

Bu gündən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik Rusiyadan Tacikistana keçib.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, dekabrda MDB-nin Moskvada keçirilən qeyri-formal sammitində Tacikistan prezidenti Emoməli Rahmon bildirib ki, ölkəsi MDB-yə sədrlik dövründə hərbi-texniki əməkdaşlığın inkişafına, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə proqramın həyata keçirilməsinə çalışacaq.

 

Tacikistan üçün MDB-də iqtisadi əməkdaşlığın inkişafı da prioritet olacaq. İ. Rahmon 2018-ci ildə Düşənbədə təşkil olunacaq MDB hökumət başçılarının görüşü və MDB dövlət başçılarının sammitinin bu il ölkədə keçiriləcək ən vacib tədbirlərdən biri olacağını da vurğulayıb. 



© APA 2018