Dunya xəbərləri

Moskvanın mərkəzində atışma olub, yaralananlar var

00:19 31-12-2017

Moskvanın mərkəzində atışma olub, yaralananlar var

Moskvanın Qırzıl meydanı yaxınlığında naməlum şəxs odlu silahdan atəş açıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikolski küçəsində baş verən insident nəticəsində iki nəfər yaralanıb.    

 

Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib, yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

Atəş açan şəxs axtarılır.  

 



© APA 2018