Dunya xəbərləri

Moskvada avtobus dayanacağa girib, üç nəfər xəsarət alıb - YENİLƏNİB

12:30 29-12-2017

Moskvada avtobus dayanacağa girib, üç nəfər xəsarət alıb - YENİLƏNİB

Moskvada avtobusun dayanacağa girməsi nəticəsində 3 nəfər xəsarət alıb, ölən yoxdur. 

 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi məlumat verib. 
 

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan biri, 41 yaşlı sərnişinin vəziyyəti ağır olaraq qiymətləndirilir. 
 

Qeyd edək ki, bundan öncə hadisə nəticəsində iki nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilirdi. 

 

*** 11.36

 

Moskvanın şimal-qərbində avtobus dayanacağa girib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər ölüb.

 

Ölənlərdən biri dayanacaqda duran, digəri isə avtobusun sərnişini olub. Hadisə nəticəsində xəsarət alan bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.



© APA 2018