Dunya xəbərləri

Özbəkistanda sel daşqınları nəticəsində 5 nəfər ölüb

10:11 17-05-2018

Özbəkistanda sel daşqınları nəticəsində 5 nəfər ölüb

Özbəkistanın cənubunda baş verən sel daşqınları nəticəsində insan tələfatı qeydə alınıb.

 

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hadisə Özbəkistanın Kaşkadar vilayətində baş verib.

 

Sel daşqınları nəticəsində 5 nəfər ölüb. Hazırda nazirliyin əməkdaşları tərəfindən xilasetmə və bərpa işləri aparılır.

 

Qeyd edilib ki, sel daşqınlarına ölkənin bir sıra bölgələrində aramsız yağan leysan yağışlar, həmçinin kəskin istiləşmə səbəb olub. 



© APA 2018