Dunya xəbərləri

Putin AİB Gömrük Məcəlləsinə dair müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib

23:41 14-11-2017

Putin AİB Gömrük Məcəlləsinə dair müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyin (AİB) Gömrük Məcəlləsinə dair müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib  

 

Müqavilənin məqsədi AİB ölkələrində vahid gömrük nizamlanmasını təmin etməkdir. Gömrük Məcəlləsi gömrük əməliyyatlarının optimallaşdırılmasını, gömrük qaydalarının daha da liberallaşdırılmasını, gömrük prosedurlarının sadələşdirilməsini, gömrük əməliyyatlarının avtomatlaşdırılmasını, “vahid pəncərə” sisteminin tətbiqini və s. nəzərdə tutur.

 

Məcəllənin 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.    

 

Avrasiya İqtisadi Birliyi - 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. 



© APA 2017