Dunya xəbərləri

Putin Əli Əkbər Vilayəti ilə görüşüb

14:33 12-07-2018

Putin Əli Əkbər Vilayəti ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Suriyadakı vəziyyət, ikitərəfli münasibətlər müzakirə olunub. 
 
Kreml sözçüsü Dmitri Peskov görüşdə ilk növbədə  Rusiya-İran ikitərəfli münasibətlərinin müzakirə olunduğunu söyləyib: "Vilayəti prezidentə iki məktub verib. Bu məktublar İranın ali dini lideri və prezidentindən gəlib. Görüşdə Suriya da daxil olmaqla, regiondakı vəziyyət müzakirə edilib. İranın nüvə proqramı ilə bağlı hərtərəfli sazişə sadiqlik bir daha təsdiqlənib".  
 
Qeyd edək ki, dünən Kremldə Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.  



© APA 2018