Dunya xəbərləri

Rusiya Baş Qərargahı: Suriyada hələ də İŞİD-çilər qala bilər

17:40 07-12-2017

Rusiya Baş Qərargahı: Suriyada hələ də İŞİD-çilər qala bilər

"Suriyada hələ də İŞİD terror təşkilatının diversantları qala bilər. Onları Suriyanın hökumət qoşunları məhv edəcək . Bunun üçün xüsusi hazırlıqlı mobil qüvvə var".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bildirib.
 
"Suriya İŞİD terror təşkilatından tamamilə azad edilib. Lakin istisna etmək olmaz ki, azad olunmuş ərazilərdə İŞiD-in duversiya qrupları meydana çıxsın. Belə olan halda, onlar Suriyanın hökumət qoşunları tərəfindən məhv ediləcəklər. Bunun üçün xüsusi hazırlanmış mobil ehtiyat var" , - deyə S. Rudskoy qeyd edib. O, Suriyada Fərat çayının şərq sahilində İŞİD terror qruplaşmasının məhv edilməsi və İraqla sərhədə nəzarətin bərpası ilə bağlı əməliyyatın Suriyadakı Rusiya qoşun qruplaşması tərəfindən planlaşdırıldığını vurğulayıb. General əməliyyat planına rusiyalı hərbçilərlə yanaşı, suiyalı komandirlərin və kürd dəstərinin də daxil olduğunu söyləyib.



© APA 2017