Dunya xəbərləri

Rusiya XİN-in brifinqini Şaxta baba açıb

16:46 28-12-2017

Rusiya XİN-in brifinqini Şaxta baba açıb

Rusiya Xarici İşlər Nazirliyinin ənənəvi brifinqi Şaxta babanın aparıcılığı ilə başlayıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in brifinq zalı Yeni il bayramı ilə əlaqədar bəzədilib. Xarici jurnalistlər XİN sözçüsü Mariya Zaxarovanı gözlədiyi vaxt, tribunaya onun əvəzinə Şaxta baba çıxıb.
 

Şaxta baba jurnalistlər tərəfindən ona göndərilən məktubları oxuyub qurtardıqdan sonra brifinqi davam etdirmək üçün Mariya Zaxarovanı tribunaya çağırıb. Zaxarova jurnalistlər üçün hədiyyə istəsə də, Şaxta baba hədiyyə verməkdən boyun qaçırıb.



© APA 2018