Dunya xəbərləri

Rusiyada ağır yol qəzası nəticəsində 5 nəfər ölüb

06:24 13-01-2018

Rusiyada ağır yol qəzası nəticəsində 5 nəfər ölüb

Rusiyanın Zabaykalye diyarında ağır yol qəzası baş verib.

 

APA-nın “RT”-yə  istinadən verdiyi xəbərə görə, hadisə Çita-Zabaykalsk-Çin sərhədi avtomagistralında, Xaranor qəsəbəsi yaxınlığında qeydə alınıb.

 

“Toyota Mark” markalı minik avtomobili ilə “SsangYong Istana” mikroavtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. İlkin ehtimala əsasən, qəzaya “Toyota”nın sürücüsünün ötmə əməliyyatı edərkən qarşı zolağa çıxması səbəb olub.

 

Qəzanın səbəbləri araşdırılır. 



© APA 2018