Dunya xəbərləri

Rusiyada iki minik avtomobili toqquşub, 10 nəfər ölüb

20:11 03-01-2018

Rusiyada iki minik avtomobili toqquşub, 10 nəfər ölüb

Rusiyanın Xantı-Mansiysk Muxtar dairəsində ağır yol qəzası baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Talinka yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

 

“Mazda” və “Renault Duster” markalı avtomobillərin toqquşması nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb.   İlkin məlumata əsasən, sürücülərdən biri idarəetməni itirərək qarşı zolağa çıxıb.

 

Faktla bağlı araşdırma aparılır. 



© APA 2018