Dunya xəbərləri

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 8 nəfər ölüb

09:42 15-11-2017

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 8 nəfər ölüb

Rusiyada “L-410” sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə təyyarə Xabarovsk vilayətinin Nelkan qəsəbəsində eniş edərkən baş verib.

 

APA-nın “TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarədə iki ekipaj üzvü və 7 sərnişin olub. Hadisə nəticəsində iki ekipaj üzvü və 6 nəfərin öldüyü deyilir. Təyyarədə olan körpə isə sağ qalıb.

 

Faktla bağlı araşdırma aparılır.

 



© APA 2017