Dunya xəbərləri

Rusiyada yanğın zamanı bir ailənin 5 üzvü ölüb

10:35 17-07-2017

Rusiyada yanğın zamanı bir ailənin 5 üzvü ölüb

Rusiyada baş verən yanğın nəticəsində bir ailənin 5 üzvü ölüb.

 

APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə Orenburq vilayəti Buzkukskiy rayonunun Koltubanovski qəsəbəsində qeydə alınıb. Yaşayış evində baş verən yanğın söndürüləndən sonra hadisə yerindən 29 yaşlı kişi, 25 yaşlı qadın, 3 yaşlı, 1 yaşlı uşaqların, yeni doğulmuş körpənin meyiti tapılıb. Onların bir ailənin üzvü olduğu bildirilir.

 



© APA 2017