Dunya xəbərləri

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol qismən açılıb

20:29 03-01-2018

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol qismən açılıb

Rusiyanı  Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu qismən açılıb.

 

APA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin  Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

 

“Moskva vaxtı ilə saat 14:00-dan etibarən minik avtomobilləri üçün yol açılıb. Yük avtomobillərinə qoyulan qadağa isə hələ ki, qüvvədədir”, məlumatda deyilir.

 

Hərbi Gürcüstan yolu qeyri-sabit hava şəraiti ilə əlaqədar yanvarın 1-dən bağlanmışdı. 



© APA 2018