Dunya xəbərləri

Saakaşvili Gürcüstana və Ukraynaya qayıdacağını vəd edib

04:47 14-02-2018

Saakaşvili Gürcüstana və Ukraynaya qayıdacağını vəd edib

Ukraynadan Polşaya deportasiya edilən  Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili həm Ukrayna, həmdə Gürcüstana qayıtmaq niyyətində olduğunu bəyan edib.

 

APA-nın xəbərinə görə, bu barədə Mixail Saakaşvili  “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

 

“Mən Ukraynaya qayıdacağam, çünki mənim orada yaşamaq üçün legitim hüququm var. Mən həm də Gürcüstana qayıdacağam. Oliqarxik idarəçilik tezliklə başa çatacaq”, - deyə Saakaşvili telekanala bildirib.

 

 

 

 

Onun sözlərinə görə, hazırkı şəraitdə hər iki ölkəyə qayıdıb vəziyyəti dəyişmək gərəkdir, - deyə M.Saakaşvili qeyd edib.

 

Xatırladaq ki, fevralın 12-də Ukrayna Dövlət Sərhədi Mixail Saakaşvilini Ukraynadan Polşaya göndərib.

 



© APA 2018