Dunya xəbərləri

Rusiyada atıcılıq klubuna hücumda şübhəli bilinən şəxslərdən biri saxlanılıb

19:39 21-04-2017

Rusiyada atıcılıq klubuna hücumda şübhəli bilinən şəxslərdən biri saxlanılıb

Rusiyanın Xabarovsk vilayətində atıcılıq klubuna hücum etməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, o, kirayə qaldığı evdə tutulub.

 

Həmin şəxs əvvəl məhkumluq həyatı yaşamış 1988-ci il təvəllüdlü Stavropol vilayəti sakinidir. Axtarış zamanı onun yaşadığı evdə kluba hücum zamanı istifadə olunan avtomat aşkarlanıb.

 

Qeyd edək ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin qəbul şöbəsinə silahlı basqın etməzdən öncə atıcılıq klubuna hücum edən və tək olduğu deyilən A. Konyev adlı şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən zərərsizləşdirilib. O, kluba hücum zamanı təlimatçını öldürüb və oradan karabinlə iki tapança götürüb. Sonra o, FTX-nın qəbul şöbəsinə silahlı basqın edib. Hadisə nəticəsində biri FTX əməkdaşı olmaqla, iki nəfər ölüb. 



© APA 2017