Hərbi xəbərlər

Ali Hərbi Məktəbin kursantlarının çöl çıxışları başlayıb

12:21 28-11-2017

Ali Hərbi Məktəbin kursantlarının çöl çıxışları başlayıb

Döyüş hazırlığı planına uyğun olaraq, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) dördüncü kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl  çıxışı başlayıb.

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, tədris prosesinin təqvim qrafiki əsasında icra olunan çöl çıxışının əsas məqsədi  praktiki dərslərdə atəş vasitələrindən istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi, eləcə də döyüş texnikasının düzgün istismarı qaydalarının və döyüşdə bölmələrin inamla idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.


Səhra şəraitində keçiriləcək məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkarlanması və onların atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif döyüş vasitələri nümunələrindən istifadə vərdişləri və digər tapşırıqları icra edəcəklər.



© APA 2018