Hərbi xəbərlər

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

12:19 07-11-2017

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

Noyabrın 7-dən 9-dək Praqa şəhərində (Çexiya) Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi, noyabrın 7-dən 10-dək Kunqsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu və noyabrın 7-dən dekabrın 4-dək Kəraçi şəhərində (Pakistan) Hidroqrafiya və Okeanoqrafiya kursu keçirilir.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edir.



© APA 2017