Hərbi xəbərlər

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib

18:59 11-07-2017

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.

 

APA-nın məlumatına görə, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib.



© APA 2017