Hərbi xəbərlər

“Dəniz kuboku”nun son mərhələsi keçiriləcək

10:59 09-08-2017

“Dəniz kuboku”nun son mərhələsi keçiriləcək

Bu gün “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışların son mərhələsi çərçivəsində “Dəniz hazırlığı üzrə yarış”da öz güclərini sınayacaqlar. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, şərtlərə əsasən heyətlər gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra edəcəklər.



© APA 2017