Hərbi xəbərlər

Ermənilər Azərbaycan ordusunun mövqelərini iki istiqamətdə atəşə tutub

09:43 02-10-2009

Ermənilər Azərbaycan ordusunun mövqelərini iki istiqamətdə atəşə tutub

Bakı – APA. Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri oktyabr 1-də saat 19.20-dən 19.50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.00-dan 23.20-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.


© APA 2018