Siyasət xəbərləri

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

10:11 16-09-2008

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 15-də saat 19.45-dən 20.35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.20-dək, 23.00-dan 23.20-dək və sentyabrın 16-da saat 05.30-dan 05.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd, Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.


© APA 2018