Hərbi xəbərlər

Genişmiqyaslı təlimlər çərçivəsində qoşunların yerdəyişməsi həyata keçirilir

14:58 12-03-2018

Genişmiqyaslı təlimlər çərçivəsində qoşunların yerdəyişməsi həyata keçirilir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanır.

 



© APA 2018