Hərbi xəbərlər

Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin finalına vəsiqə qazanıblar

19:24 08-08-2017

Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin finalına vəsiqə qazanıblar

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında minaatan heyətimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsini müvəffəqiyyətlə başa vuraraq beynəlxalq müsabiqənin finalına yüksəliblər.

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, finalda Azərbaycan artilleriyaçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan komandaları da güclərini sınayacaqlar.



© APA 2017