Hərbi xəbərlər

Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

13:26 05-07-2018

Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Mərkəzi Zabitlər Evi kollektivi, hərbi qulluqçular, QHT və ictimaiyyətin nümayəndələri iştirak edib.

 

Tədbir zamanı Sovet İttifaqı Qəhrəmanının həyat yolu haqqında ətraflı məlumat verilib. 

 

Bildirilib ki, Mehdi Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb və o, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb.


Qeyd olunub ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin 2018-ci il 23 iyun tarixli sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir.



© APA 2018