Hərbi xəbərlər

Milli Məclisdə parlamentin Silahlı Qüvvələr üzərində nəzarəti təklif edilib

12:33 15-12-2017

Milli Məclisdə parlamentin Silahlı Qüvvələr üzərində nəzarəti təklif edilib

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarəti təklif edilib.

 

APA-nın məlumatına görə, yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bildirib ki, yeni sənədin 15-ci (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) maddəsində bununla bağlı əlavələr edilməlidir.

 

Deputat Qüdrət Həsənquliyev də bu təklifi dəstəkləyib. O qeyd edib ki, maddəyə bununla bağlı əlavə bənd salınsın.

 

Deputatlar bu halın dünya praktikasında mövcud olduğunu xatırladıblar.



© APA 2018