Hərbi xəbərlər

Müdafiə naziri bır sıra hərbi obyektlərin açılışında iştirak edib

17:17 14-05-2018

Müdafiə naziri bır sıra hərbi obyektlərin açılışında iştirak edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bır sıra obyektlərin açılışında iştirak ediblər.

 

MN-dən APA-ya verilən məlumata görə, müdafiə naziri müasir tələblərə cavab verən yanacaq sürtgü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib.

 

Sonra general-polkovnik Z.Həsənov hərbi hissələrdən birində yeni inşa edilən yeməkxananın açılışında iştirak edərək şəxsi heyətlə birlikdə nahar edib.



© APA 2018