Hərbi xəbərlər

NATO-nun Mobil Təlim Qrupu Bakıda kurs keçir

16:47 06-12-2017

NATO-nun Mobil Təlim Qrupu Bakıda kurs keçir

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Birgə əməliyyat və qiymətləndirmə” mövzusunda təlim kursu keçirilir. 

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “NATO-nun hərbi strukturu”, “NATO-da hərbi tərəfdaşlıq”, “Əməliyyat planlaşdırma prossesi”, “Əməliyyatların qiymətləndirilməsi”, “Məlumatların toplanılması və təhlili” və digər mövzular barədə məlumatlar verilir, eləcə də müxtəlif məşğələlər təşkil edilir.


Dekabrın 8-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.



© APA 2017