Hərbi xəbərlər

Ombudsman Aparatının əməkdaşları hərbi hissəyə başçəkmə həyata keçiriblər

13:21 21-04-2017

Ombudsman Aparatının əməkdaşları hərbi hissəyə başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinə başçəkmə həyata keçiriblər.

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, ərzaq anbarlarına, görüş yerinə, məişət otaqlarına, habelə ümumi əraziyə baxış keçirilib, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.

 

Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyəti, rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib.

 

Aparatın əməkdaşları tərəfindən görüşdə iştirak edən hərbçilərin sualları cavablandırılıb.

 

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.



© APA 2017