Hərbi xəbərlər

Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycana gəlib

16:17 16-04-2018

Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycana gəlib

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin briqada generalı Anjum Riazın rəhbərliyi ilə Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfərə gəlib.

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, nümayəndə heyətinə Milli Müdafiə Universitetində təhsil alan Pakistan Silahlı Qüvvələri və dövlət qurumlarının, o cümlədən  Braziliya və Nepal Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.


Səfər çərçivəsində nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirəcək. Qonaqlar, həmçinin ölkəmizin tarixi və mədəniyyəti, iqtisadi, daxili və xarici siyasəti və digər sahələr barədə ətraflı məlumat əldə edəcəklər.

 



© APA 2018