Hərbi xəbərlər

Tank bölmələri döyüş atışlarını icra edib

17:33 01-12-2017

Tank bölmələri döyüş atışlarını icra edib

Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən  Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir.

 

MN-dən APA-ya verilən məlumata görə, taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

 

Tank heyətləri maneələri bacarıqla dəf edərək dəqiq atəşlə bütün hədəfləri məhv ediblər.



© APA 2018