Hərbi xəbərlər

Təyyarə və helikopterlər parada hazırlıq məqsədilə Bakı səmasında uçuşlar keçirib - YENİLƏNİB

10:33 13-06-2018

Təyyarə və helikopterlər parada hazırlıq məqsədilə Bakı səmasında uçuşlar keçirib - YENİLƏNİB

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir.


Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

***

 

10:10

 

 

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir.

 

APA-nın məlumatına görə, bu gün səhər saatlarında helikopter və təyyarələr parada hazırlıq məqsədilə Bakı buxtası üzərlərində uçuşlar həyata keçirib.

 

Parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında keçiriləcək.



© APA 2018