Hərbi xəbərlər

ABŞ Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıda səfərdədir

18:22 09-04-2018

ABŞ Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıda səfərdədir

ABŞ-ın Milli Müdafiə Universitetinin nümayəndə heyətinin aprelin 9-da Azərbaycana akademik səfəri başlayıb.

 

MN-dən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə qonaqlara akademiyanın fəaliyyəti və regional təhlükəsizlik haqqında təqdimatlar verilib.



© APA 2018