Hərbi xəbərlər

Ali Baş Komandan Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub

13:55 28-11-2017

Ali Baş Komandan Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

 

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

 

Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.

 

Z. Həsənov cəbhədəki əməliyyat şəraiti barədə prezident, Ali Baş Komandan İlham Əliyevə ətraflı məlumat verib.



© APA 2018