Hərbi xəbərlər

Astarada top və minaatan mərmisi tapılıb

13:29 21-12-2017

Astarada top və minaatan mərmisi tapılıb

Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara rayonunun Ərçivan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

 

ANAMA-dan APA-ya bildirilib ki, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

ANAMA-nın mütəxəssisləri tərəfindən həmin kənddə keçmiş hərbi hissə ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 120 mm-lik minaatan mərmisi (U-OF-43)) aşkar edilib, havanın qaranlıq olması ilə əlaqədar olaraq aşkar olunmuş mərmilər dekabrın 21-də zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.



© APA 2018