Hərbi xəbərlər

ATƏT Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirib

15:13 16-02-2017

ATƏT Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədində monitorinq keçirilib.

 

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq, Ermənistan tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçiriblər.



© APA 2017