Hərbi xəbərlər

Azərbaycan Dövlət Sərhəd Xidməti genişmiqyaslı təlimlərə başlayıb

11:17 25-09-2009

Azərbaycan Dövlət Sərhəd Xidməti genişmiqyaslı təlimlərə başlayıb

Bakı. Rəşad Süleymanov-APA. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) genişmiqyaslı dəniz təlimlərinin sonuncu mərhələsi başlayıb.
APA-nın xəbərinə görə, təlimi izləmək üçün DSX rəisi Elçin Quliyev, Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev xidmətin sahil mühafizəsinin Türkan qəsəbəsində yerləşən bazasına gəliblər. Onlara burada DSX-nin inventarına daxil olan yeni texnika və silahlar, həmçinin şəxsi heyətin hazırlığı nümayiş olunub. Təlimin yekun mərhələsi dənizdə davam etdiriləcək. Təlimə DSX-nin gəmiləri, katerləri, xüsusi təyinatlıları, vertolyotları cəlb olunub.


© APA 2018