Hərbi xəbərlər

Müdafiə naziri: "Rusiyanın Suriyadakı təcrübəsini öz bölgəmizə uyğunlaşdırırıq"

17:19 13-07-2017

Müdafiə naziri:

“Azərbaycan Rusiya Federasiyasının Suriyada keçirilən hərbi əməliyyatlardakı təcrübəsini öyrənir”.

 

APA-nın məlumatına görə, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.

 

O, rusiyalı həmkarı Sergey Şoyqu ilə dəfələrlə fikir mübadiləsi apardığını bildirib. “Bütün dünyada uğurla və ya əksinə, uğursuzluqla nəticələnən və problemləri üzə çıxaran hərbi münaqişələrin öyrənilməsi üzrə hərbçilərdə qəbul olunmuş bir təcrübə var. Mütəxəssislərlə təcrübə mübadiləsi aparırıq. Biz dəfələrlə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə fikir mübadiləsi aparmışıq. Bizim müvafiq komandanlar da söhbətləşiblər. Sağ olsun Rusiya tərəfi ki, bizə material təqdim edib. Biz bunu öz bölgəmizə uyğunlaşdırırıq”, - deyə o vurğulayıb.



© APA 2017