Hərbi xəbərlər

Azərbaycanla Səudiyyə Ərəbistanı müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirəcək

16:53 08-02-2018

Azərbaycanla Səudiyyə Ərəbistanı müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

MSN-dən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.

 

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasındakı müdafiə sənayesi üzrə mövcud əməkdaşlığın inkişaf etdirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Səfər çərçivəsində nümayəndə heyəti nazirliyin müəssisələrində olub və istehsal prosesini yaxından izləyiblər.



© APA 2018