Hərbi xəbərlər

Azərbaycanın hərbi dənizçilərinin İrana səfəri başa çatıb

11:16 10-10-2017

Azərbaycanın hərbi dənizçilərinin İrana səfəri başa çatıb

İran İslam Respublikasında dostluq səfərində olan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana qayıdıb.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hər iki ölkənin bayrağının dalğalandığı İranın Ənzəli limanından hərbi orkestrin müşayiəti ilə yola salınan dənizçilərimiz oktyabrın 9-da axşam saatlarında Bakıya çatıblar.



© APA 2017