Hərbi xəbərlər

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə olunub

14:02 07-12-2017

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə olunub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 7-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.

 

MN-dən APA-ya verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ölkələrimizin Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı, eləcə də İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi  şirkətləri ilə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.



© APA 2017