Hərbi xəbərlər

Beyləqanda top mərmisi tapılıb

13:07 14-12-2017

Beyləqanda top mərmisi tapılıb

Dekabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazində mərminin tapılması barədə məlumat daxil olub.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, havanın qaranlıq olması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dekabrın 14-də həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalının kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.



© APA 2018